Icma.az bildirir, Ayna portalına istinadən.
Zəlzələ nəticəsində 289 nəfər həlak olub, 4187 nəfər yaralanıb, 142 nəfər itkin düşüb
10 avqustda Kolumbiyada baş verən zəlzələdən dəyən birbaşa maddi ziyan 30 trilyon peso (9,6 milyard dollar) məbləğində qiymətləndirilir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkə Prezidenti Abelardo de la Espriella deyib.
"Fəlakətin iqtisadi miqyasının ilk texniki qiymətləndirilməsi artıq mövcuddur. Özəl bir şirkət Çoko, Valle del Cauca, Risaralda, Quindío və Caldasda birbaşa maddi ziyanı hesablayıb və 30 trilyon pesoya yaxınlaşır. Bunun 24,5 trilyon pesosu binalara (7,8 milyard dollar) və 5,5 trilyon pesosu (1,8 milyard dollar) infrastruktura dəyən ziyandır. Bunlar ilkin rəqəmlərdir", - deyə Prezident açıqlamasında bildirib.
Dövlət başçısı qeyd edib ki, Çoko departamentində mütləq ziyan digər bölgələrə nisbətən az olsa da, mütənasib ziyanın ən yüksək olduğu departamentdir.
"Əziz həmvətənlər, bu departament xüsusi diqqətə və qlobal "Marşal planına" layiqdir", - deyə Espriella deyib.
Prezident deyib ki, son rəqəmlərə görə, zəlzələ nəticəsində 289 nəfər həlak olub, 4187 nəfər yaralanıb, 142 nəfər itkin düşüb. 26945 ev dağılıb, 127557 evə ziyan dəyib. ABŞ, Ekvador və İsraildən ümumilikdə 138 xarici xilasedici yardım göstərmək üçün Kolumbiyaya gəlib.