Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN ə məlumat daxil olmayıb

12.06.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 12 iyun, AZƏRTAC

Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, iyunun 12-də yerli vaxtla saat 15:13 dəqiqədə Qəbələ seysmik stansiyasından 11 kilometr cənub-qərbdə, Qəbələ rayonunda 42 kilometr dərinlikdə 5.1 maqnitudalı zəlzələ qeydə alınıb.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb.

Qeyd edək ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью