Zəlzələ qurbanlarının sayı 3301 nəfərə çatıb

04.04.2025

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Myanmada zəlzələ qurbanlarının sayı 3301 nəfərə çatıb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, 7.7 bal gücündə dağıdıcı zəlzələdə 4792 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Bundan başqa, 221 nəfərin ölüsü və ya dirisi tapılmadığından, onlar itkinlər siyahısına salınıb.

Xatırladaq ki, martın 28-də Myanmada ardıcıl iki güclü zəlzələ baş verib. Təbii fəlakət çoxsaylı insan itkiləri ilə yanaşı, genişmiqyaslı dağıntılara yol açıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью