Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bazar ertəsi Türkiyə hakimiyyəti ölkənin şimal-qərbində baş verən 6,1 bal gücündə zəlzələ zamanı dağılan yaşayış binasının sahibini və inşaatçısını mümkün səhlənkarlıqla bağlı araşdırma çərçivəsində saxlayıb.
Reyting.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri yazıb.
Zəlzələ bazar günü Balıkəsir ərazisində baş verib. Yeraltı təkanlar nəticəsində uçan üçmərtəbəli yaşayış binasında bir yaşlı uşaq həyatını itirib. Bölgədə daha 29 nəfər yaralanıb.
Yeraltı təkanlar İstanbula qədər, təxminən 200 kilometr şimalda hiss edilib və şəhərdə narahatlıq yaradıb. Mütəxəssislər İstanbulun böyük zəlzələ üçün yüksək risk zonasında olduğunu bildirirlər.
V. QULİYEV