Zəlzələdən sonra küçədə körpə dünyaya gətirdi VİDEO

29.03.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gün Myanmanın mərkəzində 7,7 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”nun BBC-yə istinadən məlumatına görə, Taylandın Banqkok şəhərində zəlzələdən sonra xəstəxanalar evakuasiya edilib.

Lakin qısa müddət keçdikdən sonra bir qadın küçədə doğuş edib. Xəstəxana işçilərinin yardımı ilə onun oğlu dünyaya gəlib.

Körpənin dünyaya gəlmə videosu sosial şəbəkələrdə geniş yayılıb.

Qeyd edək ki, son məlumata görə, zəlzələdə ölənlərin sayı 1000 nəfərə çatıb, 2400 nəfər isə xəsarət alıb.

Sözügedən görüntüləri təqdim edirik:

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью