Zəlzələdən sonra xarici ölkələrdən yardım istədilər

28.03.2025

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Myanma istənilən xarici ölkədən yardım və ianələri qəbul etməyə hazırdır.

Modern.az xəbər verir ki, bu barədə Myanmanın baş naziri Min Aunq Hlainq televiziya ilə çıxışında bildirib.

Son məlumatlara görə, Myanmada baş verən zəlzələ nəticəsində azı 144 nəfər ölüb , 732 nəfər yaralanıb.

Martın 28-də Myanmanın mərkəzində zəlzələ baş verib. Güc 7,9 bal olub. Seysmik təkanlar beş qonşu ölkədə hiss olunub: Banqladeş, Hindistan, Tailand, Laos və Çin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью