Zəlzələlər Xəzər dənizinin daha çox hansı hissəsində qeydə alınır?

04.06.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Ölkədə seysmik stansiyaların sayı 88-ə çatdırılıb".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli "Təbii fəlakətlər, ekoloji problemlər, yaşıl dünya" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, hər bir stansiyada kompleks tədqiqatlar aparılır:

"Tədqiqat nəticəsində əldə olunan məlumatlar peyk vasitəsilə, onlayn şəkildə ötürülür".

Qurban Yetirmişlinin sözlərinə görə, 2025-ci ildə Xəzər dənizində maqnitudası 3-dən yuxarı olan zəlzələlər təhlil olunub:

"Xəzər dənizində zəlzələlər daha çox cənub-şərqdə baş verir. Demək olar ki, neft yataqlarının yerləşdiyi ərazilərdə daha çox zəlzələ olur. Ən dərin zəlzələlər 60-70 kilometr dərinlikdə qeydə alınır".

Daha çox foto burada: PhotoStock.az

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью