Zəmanətlə satılan məktəbli formaları

17.08.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Buna ancaq Bakı Tikiş Evinin satış nöqtələrində rast gəlmək mümkündür

Bakı Tikiş Evi (BTE) kimi zəngin tarixə və ölkənin tekstil sənayesində xüsusi çəkiyə malik müəssisələrdəndir. Bakı Tikiş Evi uzun illərdir ki, yerli istehsalın aparıcı qüvvəsi kimi fəaliyyətini davam etdirir. Bu gün BTE ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş nəhəng istehsalat kompleksinə çevrilib. 

Yeni tədris ilinin yaxınlaşması ilə Bakı Tikiş Evində işin ritmi daha da sürətlənir. BTE-nin fəaliyyətində ən mühüm və məsuliyyətli istiqamətlərdən biri şagirdlər üçün məktəbli formalarının hazırlanmasıdır. Çünki məktəbli forması sadəcə bir geyim deyil–o, uşaqların günün böyük hissəsini keçirdiyi, hərəkət etdiyi, təhsil aldığı bir mühitin tərkib hissəsidir.

Müəssisənin satış şöbəsinin müdiri Etibar Əzimov XQ-yə açıqlamasında bildirdi ki, məktəbli formalarının istehsalını da, satışını da ilboyu həyata keçiririk. Valideynlər bilməlidir ki, ilboyu bizim fabrikin istehsal etdiyi məktəbli formaları 8 satış mərkəzimiz vasitəsilə həyata keçirilir.  Bu il də bizim hazırlığımız çox yaxşıdır. Məktəb formalarına aid bütün ölçüdə geyimlər–istər oğlanlar, istərsə də qızlar üçün qısaqol və uzunqol köynəklər, şalvarlar, nazik və qalın jaketlər, ətəklər bunların hamısı artıq satışda vardır. Hər bir valideyin istənilən satış nöqtəsinə gedib istənilən, yəni 26-54, 30-50 ölçüdə məktəbli forması ala bilər. Belə ki, 26-54 ölçüdə həm oğlanlar, həm də qızlar üçün qısaqol köynəklər 12 manat, uzunqollar 14 manat, şalvarlar 15, qalın jaketlər 22 manat, qızlar üçün ətəklər 15 manat, 30-50 ölçüdə nazik jaketlər 20, kapışonlu jaketlər 25 təşkil edir. Sadalanan geyimlərin 56, 58, 60 ölçülü şalvar, ətək və polo köynəklərə parça sərfiyyatı səbəbindən standart qiymətə 5 manat əlavə olunur.

Etibar müəllim daha sonra vurğuladı ki, İnstagram səhifəmizdə və Bakı Tikiş Evinin internet saytında məktəbli formalarının həm qiymətləri, həm də satış nöqtələrinin dislokasiyası göstərilib. Buradan daxil olub baxa bilərlər. Kimə hansı satış mərkəzi yaxındırsa, gedib o ünvandan ala bilərlər. Əvvəla onu deyim ki, satış ünvanlarımızdan alınan məktəbli formalarına 1 il zəmanət veririk.

Nazirlər Kabinetinin təsdiq etdiyi qaydaya əsasən məktəb formalarında şalvar və ətəklər 60 faiz yun, 40 faiz poliester, köynəklər 100 faiz pambıq, jaketlər 60 faiz yun, 40 faiz poliester olmalıdır. Parçaları Belarusiya, Türkiyə və Özbəkistandan gətiririk. Onların da hamısının sertifikatı var və onlar yoxlanılmış şəkildə gətirilir. 

Bugünə kimi Bakı Tikiş Evinin istehsalı olan məktəb formalarına keyfiyyətinə dair heç bir narazılıq və ya şikayət daxil olmayıb. Bizdə ənənəvi olaraq hər il məktəb formasını axır günlərdə daha çox alırlar. Əvvəldən kütləvi surətdə alışına rast gəlinməsə də artıq satışda fərqi hiss edirik. Ona görə biz şənbə-bazar da işləyirik. Satış mərkəzlərimiz həftənin 7 günü 9-dan 6-ya kimi fəaliyyətdədir. 

Müşfiq MİRZƏ

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью