Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq. Kulis.az Aydan Hacının Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, aktrisa Zemfira Əbdüls
- Zemfira xanım, serial, yoxsa teatr? Hər iki sahədə fəaliyyət göstərirsiniz. Çətin deyil ki? - Əlbəttə ki, teatr.
Mən bunu dəfələrlə demişəm. Çünki teatr canlı sənətdir və tamaşaçı ilə birbaşa ünsiyyət vasitəsidir. Həm də teatrın enerjisi tamam başqadır.
Bu da insanda səmimilik və rahatlıq yaradır. Bir sözlə, teatrda insan xoşbəxtdir. Qaldı yorulmağıma, xeyr, yorulmuram.
Hər iki sahəyə də vaxt ayıra bilirəm. Bu da səhnəyə olan sevgidən, işə olan bağlılıqdan, bir az da professionallıqdan irəli gəlir.
- Seriallarda daha çox görünürsünüz, bunun səbəbi maddiyatdırmı? - Əlbəttə, maddiyatın da rolu var.
Hətta elə olub ki, istəmədiyim obrazı belə cilalayıb, formalaşdırıb, özümə uyğun olaraq canlandırmışam.
Onu da qeyd edim ki, bizdə kino çəkilişi seriallara nisbətən azdır.