Zemfiranın sevgi mahnısını dinləyən Paşinyan bunu yazdı Video

11.10.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Teleqram kanalında bir video yayımlayıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, videoda o, Zemfiranın “P.M.M.L.” adlı mahnısı fonunda düşüncəli şəkildə masa arxasında oturur.

Görüntüdə siyasətçi ağ köynək və qalstukda, ehtimal ki, iş kabinetindədir. O, bir neçə telefonun olduğu yazı masasının arxasında kresloda oturur. Arxa planda kitablarla dolu şkaf görünür. Baş nazir qarşıya baxaraq mahnını dinləyir və “Bağışla məni, sevgilim” sözləri səslənəndə baxışlarını kameraya yönəldir.

“Hamınıza xoş səhər və uğurlu gün arzulayıram”, — deyə hökumət başçısı videonu paylaşarkən qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью