Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
İranın Zəncan əyalətində 65 nəfərə qarşı "İsrail və ABŞ-ın xeyrinə casusluq" ittihamı irəli sürülüb.
Axar.az xəbər verir ki, bu barədə əyalətin baş hakimi Əli Fərəci Bərhəq bildirib.
Onun sözlərinə görə, həmin şəxslərdən 14-nün əmlak və aktivlərinin müsadirə olunması barədə qərar çıxarılıb.
Bərhəq müharibə başlayandan bu günə kimi Zəncan əyalətində ümumilikdə 92 nəfərin casusluq ittihamına görə saxlanıldığını qeyd edib.