Zəncanda şagirdləri daşıyan avtobus aşdı

06.01.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün səhər saatlarında Zəncan-Bicar yolunda şagirdləri daşıyan mikroavtobus aşıb.

Axar.az xəbər verir ki, bu barədə əyalətin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində mikroavtobusda olan 28 şagirdin 11-i yaralanıb.

Xəstəxanalara köçürülən yaralı şagirdlərdən 8-nin vəziyyətinin ağır olduğu bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью