Zəncanda tibb bacıları etiraz eyləmi keçiriblər

24.02.2025

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Güney Azərbaycanın Zəncan şəhərinin tibb bacıları əyalət valiliyinin qarşısına toplaşaraq etiraz eyləmi keçiriblər.

Gunaz.tv

Bu abrədə yerli media məlumat yayıb.

Onlar əmək haqlarının az olması, vaxtında ödənilməməsi, əlavə iş saatlarına görə vəsait nəzərdə tutulmaması və qanunla nəzərdə tutulan başqa hüquqlarının təmin olunmamasından narazılıq edirlər.

Tibb bacılarının əmək haqlarının az olması və qanuni təminatlarının olmaması səbəbindən onlarn xaricə mühacirəti artıb və hazırda İranda tibb bacısı çatışmazlığı yaranıb.

Qeyd edək ki, bu və başqa problemlərə görə, 2024-cü ilin avqust ayında Zəncanda daxil olmaqla İranın 37 şəhərinin 60 xəstəxanasının minlərlə tibb bacısı etiraz eyləmi keçiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью