Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Zəncəfil çayı qan təzyiqinə təsir göstərə bilər – Həkimdən xəbərdarlıq
Redaktor.az xəbər verir ki, qastroenteroloq Yevgeni Belousov zəncəfil çayının orqanizmə təsiri barədə danışıb.
Mütəxəssisin sözlərinə görə, zəncəfil çayı qan təzyiqinin aşağı düşməsinə, qan dövranının yaxşılaşmasına və qan laxtalanmasının azalmasına kömək edə bilər.
Belousov bildirib ki, zəncəfilin tərkibindəki gingerol və shogaol maddələri arterial damarların divarlarındakı hamar əzələlərin rahatlamasına təsir göstərir. Nəticədə damarlar genişlənir, qan axınına qarşı müqavimət azalır və damar divarlarına düşən təzyiq aşağı düşə bilər.
Həkim qeyd edib ki, bu təsir yüksək qan təzyiqi olan insanlar üçün faydalı ola bilər. Lakin aşağı təzyiqdən əziyyət çəkən şəxslər zəncəfil qəbul edərkən ehtiyatlı olmalıdırlar. Çünki zəncəfil qan təzyiqini daha da aşağı sala bilər.
Mütəxəssis həmçinin zəncəfilin bəzi dərmanlarla qarşılıqlı təsir göstərə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, zəncəfil yüksək təzyiqə qarşı istifadə olunan dərmanların təsirini gücləndirərək təzyiqin həddindən artıq aşağı düşməsinə səbəb ola bilər.
Bundan başqa, zəncəfil varfarin və aspirin kimi qan durulaşdırıcı preparatlarla birlikdə qəbul edildikdə qanaxma riskini artıra bilər.
Bu səbəbdən qan təzyiqi və ya qan durulaşdırıcı dərmanlar qəbul edən şəxslərin zəncəfil çayını mütəmadi istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməsi tövsiyə olunur.
Aytəkin TOFİQQIZI