Zəncirvari QƏZA: 6 maşın birbirinə çırpıldı FOTO

15.11.2024

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərinin "Böyük bazar" deyilən ərazisində qeydə alınıb.

Belə ki, nəqliyyat vasitələrindən biri idarəetmədən çıxaraq ətrafda olan digər avtomobillərə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, 6 minik avtomobilinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью