Zəncirvari qəza: Toqquşan maşınlar yol kənarındakı “VAZ”a çırpıldılar VİDEO

24.02.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 23-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 23-BM-207 dövlət nömrə nişanlı “VAZ-2107” markalı,  50-DC-134 dövlət nömrə nişanlı “Mercedes” markalı və 10-MJ-823 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşınlar toqquşub. Hadisə şahidlərinin iddiasına əsasən qəzaya səbəb “VAZ” sürücüsünün anidən idarəetməni itirməsi olub. Nəticədə o, öncə “Mercedes”i vurub, ardınca yol kənarında dayanmış “VAZ”a çırpılıblar. Zərbənin təsirindən “VAZ” işıq dirəyinə dəyib. Hadisə zamanı xəsarət alan olmasa da hər üç nəqliyyat vasitəsi sıradan çıxıb.

Faktla bağlı araşdırma davam edir.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью