Zəncirvari qəzadakı avtomobillərin sayı 95ə çatdı VİDEO

03.01.2025

Icma.az, Manset portalına istinadən məlumat verir.

Qazaxıstanda baş verən zəncirvari qəzada bir-birinə çırpılan avtomobillərin sayı 95-ə çatıb.

Manset.az xəbər verir ki, bu barədə ölkənin teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, Kökəm və Karatal kəndləri arasında buz və güclü qar fırtınası nəticəsində 95 avtomobil toqquşub.

Qəzaya səbəb kimi sürücülərin sürət həddinə və təhlükəsiz məsafəyə riayət etməməsi olub. Yolun bir zolağı boşaldılıb, qəzaya uğramış, lakin işlək vəziyyətdə qalan avtomobillər hərəkətlərinə davam edə biliblər.

***

15:06

Qazaxıstanın Rusiya ilə sərhədinə yaxın ərazidə zəncirvari qəza baş verib.

Manset.az  Sputnik Qazaxıstan-a istinadən xəbər verir ki, Astana-Şuçinsk magistral yolunda 40-dan çox avtomobil toqquşub.

Hadisəyə səbəb yolun buz tutması və güclü qar fırtınası olub.

Hazırda yol bağlıdır və nəqliyyatın nə vaxt bərpa olunacağı hələlik məlum deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью