Zəncirvari yol qəzasında 3 nəfər ölüb, 6 nəfər yaralanıb

28.03.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Türkiyənin Diyarbəkir şəhərində ağır yol qəzası olub.

Avtosfer.az xəbər verir ki, hadisə Bismil rayonunda qeydə alınıb.

Dörd nəqliyyat vasitəsinin zəncirvari qəzaya uğraması nəticəsində üç nəfər ölüb, altı nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis, jandarm əməkdaşları cəlb olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью