Zendaya brendləri boykot edir!

22.08.2026

Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.

29 yaşlı aktrisa Zendayanın stilisti Lou Rouç bildirib ki, aktrisa karyerasının əvvəlində onunla əməkdaşlıqdan imtina edən “Chanel”, “Saint Laurent”, “Dior” və “Gucci” brendlərini hələ də boykot edir.

OLAY yazır ki, Rouçdan Zendayanın gələcəkdə “Chanel” və ya “Dior” məhsulları geyinib-geyinməyəcəyi soruşulduqda, stilist qəti şəkildə “Xeyr” cavabını verib.
Rouç daha əvvəl, 2024-cü ildə danışarkən bildirib ki, aktrisanın karyerasının ilk illərində bu brendlərin nümayəndələrinə dəfələrlə müraciət edib. Lakin onlardan belə cavablar alıb: “Gələn il yenidən cəhd edin”, “O, hələ kifayət qədər təcrübəli deyil”, “O, bizim planlarımızda yoxdur”. Həmin vaxtdan bəri Zendaya “Chanel”, “Saint Laurent”, “Dior” və “Gucci” brendlərinin geyimlərini geyinmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью