Zendaya karyerasına ara verəcək

18.07.2026

Icma.az xəbər verir, Olay.az saytına əsaslanaraq.

Ardıcıl olaraq iddialı layihələrdə rol alan aktrisa Zendaya bu ilin sonundan etibarən karyerasına bir müddətlik fasilə verəcəyini açıqlayıb.

OLAY yazır ki, verdiyi müsahibədə aktrisa “Sadəcə öz işimlə məşğul olacağam. Bir az özümlə vaxt keçirmək istəyirəm” deyə bildirib. Görünür, Zendayanın bir qədər dincəlməyə ehtiyacı var.

Məhz buna görə də o, ilin sonunda yeni layihələrdə iştirakını dayandıraraq peşə fəaliyyətinə bir müddət ara verəcəyini deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью