Zenfira İbrahimova: “4 il əvvəl qabırğalarımı çıxartdırmışam”

23.10.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müğənni Zenfira İbrahimovanın xarici görünüşündə etdiyi dəyişikliklə bağlı açıqlaması maraq doğurub.

Milli.Az xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində qonaq olarkən 4 il əvvəl estetik müdaxiləyə müraciət etdiyini etiraf edib.

İfaçı bildirib ki, təxminən dörd il əvvəl qabırğaları ilə bağlı əməliyyat keçirib. Onun sözlərinə görə, qabırğalarını tam çıxartdırmasa da, müəyyən dəyişikliklər etdirib. Müğənni yaxın zamanda da yenidən bəzi prosedurlardan keçdiyini deyərək həkiminə təşəkkürünü bildirib.

Sənətçinin bu açıqlaması müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью