Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
Balıq tutmağa gedən 64 yaşlı Habil Məmmədov dənizdə boğulub. Hadisə Neftçala rayonunun Mayak kəndi ərazisində baş verib.
Mərhumun qardaşı hadisənin necə baş verdiyini belə izah edib: "Evdə idik, zəng edib dedilər, qardaşın dənizdə boğulub. Gəlib gördük ki, meyiti motosikletin içində gətiriblər. Hava şəraiti pis idi, yəqin, uzağa gedib boğulub".
Mərhumun qohumunun sözlərinə görə, hadisə zamanı onun yanında dostu da olub: "Yanında yoldaşı olub, dalğaya görə qorxub suya girməyib. Bu isə dənizə girib. Dostu görüb ki, yoxa çıxıb. O, çatana kimi gec olub. Tor ilişib boğazına, ağzından köpük gəldiyini görüb".
Faktla bağlı araşdırma aparılır.