Zəngə cavab verməyib, gəlib görüb ki... Bir ailənin faciəsi

09.03.2025

Icma.az, Metbuat saytına istinadən bildirir.

İmişlidə bir ailənin üç üzvünün dəm qazından boğularaq ölməsinin təfərrüatı məlum olub.

Metbuat.az xəbər verir ki, zərərçəkənlərin qohumu Böyükxan Zöhrabov bildirib ki, ata evə zəng edib, cavab gəlməyib, oraya gedib.

Evə gələndə isə görüb ki, həyat yoldaşı və iki övladı dünyasını dəyişib. Ata isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, İmişli rayonunda dəm qazından boğulma nəticəsində bir ailənin üç üzvü ölüb. Ailənin xanımı Mehriban İdris qızı Azadova, onun övladları Məhəmməd Vasif oğlu Azadov və Fatimə Vasif qızı Azadova ölüblər.

Ailə başçısı Vasif Azadovun isə vəziyyəti ağır olaraq qalır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью