Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan səfəri zamanı verdiyi bəyanat regional və qlobal nəqliyyat siyasətində yeni strateji mərhələnin konturlarını açıq şəkildə göstərir.
O, Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna qədər açılmasının mümkünlüyündən danışarkən bu layihəni yalnız regional tranzit məsələsi kimi deyil, həm də Avrasiya məkanında formalaşan yeni iqtisadi-siyasi düzənin əsas sütunlarından biri kimi təqdim etdi.
Prezidentin çıxışında vurğulanan TRIPP təşəbbüsü isə avqustda keçirilən Vaşinqton görüşündə əldə olunan razılaşmaların davamı kimi Zəngəzur dəhlizinə qlobal kontekst qazandırır.
Zəngəzur dəhlizi ideyası ilk dəfə Azərbaycanın 2020-ci ildə qazandığı qələbədən sonra reallığa çevrildi.
O dövrdə bu layihə həm iqtisadi, həm də siyasi baxımdan regionun gələcək nizamını müəyyən edən əsas element kimi dəyərləndirilirdi.
Bu gün isə layihə təkcə Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması məsələsi deyil, Türkiyədən Mərkəzi Asiyaya, oradan Çinə qədər uzanan nəhəng iqtisadi arteriyanın bərpası kimi dəyərləndirilir.
Əgər XIX əsrdə Zəngəzur bölgəsi Rusiya imperiyasının Qafqazla Osmanlı və İran arasındakı keçid qapısı idisə, XXI əsrdə bu bölgə yenidən Şərqlə Qərb arasında enerji, logistika və ticarət körpüsü rolunu oynamağa hazırlaşır.