Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Bu gün Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşmaq üzrədir. Bizim əlaqələrimiz getdikcə daha da inkişaf edir, möhkəmlənir və güclənir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, Ermənistan və Azərbaycan bir çox vacib məsələlərdə razılığa gəlib və tərəflər konkret addımların və görüləcək işlərin istiqamətini müəyyən ediblər:
“Ötən ilin 8 avqust tarixində əldə edilmiş razılaşmaya əsasən, Zəngəzur dəhlizinin açılması ilə bağlı TRİİP layihəsi təsdiqlənib. Paşinyanın açıqlamaları da məhz bu razılaşmaya istinad edir. Tərəflər razılığa gəliblər ki, dəhliz açılacaq və yol nə qədər tez istifadəyə verilərsə, həm əlaqələrin inkişafı, həm də region üçün faydası bir o qədər çox olacaq. Azərbaycanın əsas hədəfi və gözləntisi Ermənistanın bu dəhlizin açılmasına real töhfə verməsi və ən qısa zamanda konkret addımlar atmasıdır. Bu dəhlizin açılması yalnız Azərbaycana deyil, bütün region ölkələrinə fayda gətirəcək, xüsusilə Ermənistan üçün önəmli imkanlar yaradacaq. Bu vasitə ilə Ermənistan iqtisadiyyatını genişləndirə və yeni inkişaf mərhələsinə qaldıra biləcək”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputat Ceyhun Məmmədov deyib.