Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq. Ermənistan mediası Bakı və İrəvan arasında Zəngəzur dəhlizinin açılması barədə yekun r
İddia edilir ki, Ermənistan Baş naziri Nikol Paşinyan pərdəarxasında dəhlizin “maneəsiz keçid” prinsipi ilə açılmasına razılaşıb.
Artıq bu istiqamətdə işlər aparıldığı qeyd edilir. AzTV-nin sözügedən məsələ ilə bağlı hazırladığı süjet də bu baxımdan diqqət çəkir.
Doğrudanmı Ermənistan Zəngəzur dəhlizinin Bakının şərtləri ilə açılmasına razılaşıb?
Globalinfo.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Zəngəzur dəhlizi ilə bağlı məsələnin razılaşdırılacağını bəyan edib: “Fikrimcə, yüklərin daşınmasında hər hansı problem olmayacaq.
Yüklər Bakıdan plomblanaraq göndəriləcək və plomb Naxçıvanda açılacaq. Çünki dünyada belə praktika mövcuddur.
Məsələn, Rusiya ilə Litvanın münasibətləri yaxşı deyil, amma yük daşınır və plomb Kalininqradda açılır.
Ona görə düşünürəm ki, bizdə də eyni rejim tətbiq olunacaq”.