ZƏNGƏZUR DƏHLİZİ: Azərbaycandan Azərbaycana keçid | Icma.az
Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
1988-1993-cü illərdə Ermənistan Azərbaycana qarşı tamah dişini qıcayanda və bir-birinin ardınca torpaqlarımızı işğal edəndə Naxçıvan üçün də olmazın çətinlikləri yarandı.
Çünki muxtar respublikanın işğalı da düşmənin baş planında əsas yer alırdı.
Başlanğıc olaraq artıq 88-89-cu illərdə Bakı-Naxçıvan qatarlarında hər gün yeni-yeni hadisələr törədilırdi.
Qatarlar əvvəlcə daş yağışına tutulur, daha sonra isə gülləbaran edilirdi.
Vaqonlar, pəncərələri deşik-deşik idi, yaxud da pəncərə şüşələri tamamilə qırılıb tökülmüşdü, yerinə nazik taxta lövhələr vurulmuşdu.
Maşinistlər iki gündən bir döyülüb, təhqir edilirdi. Sərnişinlərin taleyi təhlükə altında idi və bu, ozamankı Azərbaycan rəhbərliyini əsla n
Lakin naxçıvanlılar yenə də qatarlardan istifadə etmək məcburiyyətində idilər.
Tam oxu
Xəbəri oxu