“Zəngəzur dəhlizi beynəlxalq iqtisadi sistem üçün strateji əhəmiyyətə malikdir“ ŞƏRH OLUND…
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. “Zəngəzur dəhlizi təkcə Azərbaycanın şərq rayonları ilə Naxçıvan Muxtar Respublikası
Bu dəhliz, Cənubi Qafqazı yeni iqtisadi, siyasi və nəqliyyat mərkəzinə çevirmək potensialına malikdir”.
Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.O bildirib ki, layihənin əsas məqsədi yalnız quru nəqliyyat marşrutunun bərpası deyil, həm də avtomobil, dəmir yolu və enerji daşıyıcılarının ötürülməsi üçün çoxşaxəli kommunikasiya sisteminin yaradılmasıdır: “Bu baxımdan Zəngəzur dəhlizi həm regional inteqrasiyanı gücləndirir, həm də qlobal nəqliyyat şəbəkəsində mühüm tranzit körpü rolunu oynayır.
Dəhlizin istismara verilməsi Cənubi Qafqazın tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq.
İran, Rusiya və Türkiyə kimi region dövlətləri üçün bu layihə ticarət və iqtisadi əməkdaşlığın genişlənməsi baxımından mühüm imkanlar yaradır.
İlkin mərhələdə Zəngəzur dəhlizi vasitəsilə ildə 5 milyon tondan artıq yük daşınması planlaşdırılır ki, bu da layihənin iqtisadi səmərəliliyini təsdiqləyir.
Zəngəzur dəhlizi eyni zamanda Orta Dəhliz adlandırılan beynəlxalq nəqliyyat marşrutunun mühüm hissəsini təşkil edəcək.
Çinlə Avropa arasında mövcud olan təqribən 700 milyard dollarlıq ticarət dövriyyəsinin bir hissəsinin bu marşrut vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
Tam oxu
Xəbəri oxu