Zəngəzur dəhlizi bu tarixdə açılacaq Türkiyəli nazir

26.11.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Zəngəzur dəhlizi 2029-2030-cu illərdə tam şəkildə fəaliyyətə başlayacaq.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu deyib.

Nazir bildirib ki, Zəngəzur dəhlizi Qarsdan başlayır və Dilucuya qədər uzanır.

O əlavə edib ki, Qarsdan Naxçıvan Muxtar Respublikasına ilə sərhədə qədər 224 kilometrlik dəmir yolunun tikintisinə başlanılıb.

"Azərbaycan tərəfi onu Ermənistan sərhədinə qədər çatdıracaq. Biz də həmin layihəni izləyirik. Çindən gələn mallar buradan tranzitlə keçəcək", - deyə nazir bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью