Zəngəzur dəhlizi Çinlə əlaqələrin inkişafına əlavə imkanlar yaradacaq

31.08.2025

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Tiencin şəhərində jurnalistlərə açıqlamasında deyib.
"Əməkdaşlığımızın digər mühüm sahəsi nəqliyyat kommunikasiyalarıdır. Azərbaycan bizim ərazimizdən keçən və Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsi olan Orta Dəhlizin inkişafında əsas rol oynayır", - deyə H.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, bu il Orta Dəhliz üzrə Çin yüklərinin daşınmasının həcmi 40 faizdən çox artaraq onun Avrasiyada ən mühüm nəqliyyat marşrutu kimi əhəmiyyətini gücləndirib.
"Hesab edirik ki, Ermənistan-Azərbaycan sülh prosesi və Zəngəzur dəhlizinin açılması nəqliyyat əlaqələri üçün yeni imkanlar yaradacaq", - deyə o əlavə edib.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью