Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq. Tahir Rzayev: “İnsanların rahatlığını təmin edəcək və ölkəmizə külli miqdarda vəsait cəlb o
Bir müddət sonra Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanarkən də bu məsələyə xüsusi toxunan Prezident İlham Əliyev bildirib:
Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir.
Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq.
Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır".
Əslində, bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır.
Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirir, o cümlədən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarır.
Bu gün iqtisadçılar, ekspertlər, millət vəkilləri də Zəngəzur dəhlizinin böyük iqtisadi əhəmiyyətə malik olduğunu deyirlər.