Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparırıq İran XİN AzPolitika onlayn siyasiictimai qəzet

06.01.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Zəngəzur dəhlizi ilə bağlı danışıqlarla əlaqədar tezliklə İran nümayəndə heyəti Türkiyəyə səfər edəcək.


APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bugünkü mətbuat konfransında deyib.
Diplomat bildirib ki, Zəngəzur dəhlizi heç də siyasi məsələ deyil, bu, iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələdir: “İranın mövqeyi sabitdir. Biz nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışlamaqla yanaşı, ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayırıq”.
Bəqayi əlavə edib ki, Zəngəzur dəhlizi ilə bağlı danışıqlarla əlaqədar İran nümayəndə heyəti tezliklə Türkiyəyə səfər edəcək: “Yəqin ki, yaxın vaxtlarda bizdən müvafiq qurumların iştirakı ilə bir nümayəndə heyəti məsələni yaxından müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Ümid edirik ki, məsələ tezliklə həllini tapacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью