Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Müharibədən sonrakı bütün reallıqlar öz təsdiqini Zəngəzur dəhlizi ilə tapacaq”.
Bunu Yenicag.az-a açıqlamasında Zəngəzur dəhlizinin reallaşması və ölkəmiz üçün mümkün perspektivlərindən danışan politoloq Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün gündəmin ən vacib mövzusudur.
“Yaxın bir neçə ildə də bu layihənin gündəmdən çıxacağını gözləmək olmaz. Heç bir şərtlə Azərbaycan Zəngəzur dəhlizini güzəştə getməyəcək.
Çünki bu dəhliz müharibədən sonra Azərbaycanın regionda yaratdığı reallıqların ən vacib elementidir”, – deyə o bildirib.
Ətraflı olaraq videomaterialda: Nəsimi Ələsgərli Samir Məcidov www.yenicag.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.