Zəngəzur dəhlizi ilə bağlı Pezeşkiandan ilk açıqlama VİDEO

10.08.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

""Zəngəzur dəhlizi" marşrutu ətrafında vəziyyət xəbərlərdə şişirdildiyi qədər deyil".

"Unikal" xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian jurnalistlərə açıqlamasında deyib. 

O, İslam Respublikasının bu məsələ ilə bağlı tələblərinin nəzərə alındığını vurğulayıb.

Jurnalistin ABŞ-nin regionda mövcudluğu ilə bağlı mümkün narahatlıqlar barədə sualına Pezeşkian cavab verib ki, bu, həqiqətən də vacib aspektlərdən biridir. Bununla belə, İran üçün əsas məsələlər ərazi bütövlüyü və Avropaya və şimal bölgələrinə sərbəst çıxışın təmin edilməsi məsələləri olaraq qalır. Yeganə narahatlıq odur ki, bu marşrutun tikintisini Amerika  və erməni şirkətləri həyata keçirə bilər.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью