Zəngəzur dəhlizi ilə bağlı proseslər davam edir Uraloğlu

20.11.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Azərbaycanla Türkiyə arasında nəqliyyat sahəsində ən böyük layihə Zəngəzur dəhlizidir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

“Bu istiqamətdə Azərbaycan tərəfi ilə sürətli formada proseslərə davam edirik.

Dəhlizin Ermənistan və ya İran tərəfi olmaqla haradan keçəcəyinə azərbaycanlı qardaşlarımız qərar verəcək.

Sonra bu dəhliz Naxçıvan üzərindən Türkiyəyə gələcək.

Türkiyədə də layihəmizi bitirdik, tenderimizi etdik, qarşıdakı günlərdə tikinti işlərinə başlayaraq Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcəyik”, – deyə nazir bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью