Zəngəzur dəhlizi ilə bağlı yeni variant: Ermənilərə nə təklif edilir? | Icma.az
Icma.az bildirir, Turkstan.az portalına istinadən. Zəngəzur dəhlizi mövzusu Ermənistan tərəfində də geniş müzakirə edilir.
Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbləri bəllidir.
Rəsmi İrəvan bu təzyiqlər fonunda müxtəlif ortaq variantlar təklif edir.
Turkustan.az xəbər verir ki, bu sözləri Teleqraf-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Sabiq nazir bildirib ki, indiki mərhələdə dəhlizlə bağlı səslənən fikirləri sonuncu təklif kimi qəbul etmək olmaz: “Çünki digər mövzulara aid mövqelər dəyişməyib.
Əslində Ermənistan da böyük oyunçuların oyununun nə ilə nəticələnəcəyini gözləyir.
ABŞ-Rusiya, ABŞ-İran istiqamətində hansı proseslərin gedəcəyi hələ məlum deyil”.
Tofiq Zülfüqarova görə, Azərbaycanın iki hissəsi arasında (Azərbaycan-Naxçıvan) əlaqələr yaradılarsa, Ermənistan da bundan bəhrələnə bilər: “Söhbət Naxçıvana gedəcək dəmir yolu xəttindən istifadədən gedir.
Tam oxu
Xəbəri oxu