Zəngəzur dəhlizi məsələsi qətiyyən siyasi deyil İsmayıl Bəqai AzPolitika onlayn siyasiictimai qəzet

06.01.2025

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinqdə Zəngəzur dəhlizindən danışıb.

O, Zəngəzur dəhlizinin açılmamasının qətiyyən siyasi məsələ olmadığını bildirib. Bəqai bunu iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələ adlandırıb.

"İran və Türkiyənin səyi ondan ibarətdir ki, mehriban qonşuluğu və iki ölkənin marşrutları ilə yüklərin daşınması məsələsinin hər iki ölkə üçün vacib olduğunu nəzərə alaraq, biz bu məsələni hansısa formada həll etməyə çalışmışıq”, - deyə, Bəqai bildirib. 

Onun sözlərinə görə, bununla bağlı tezliklə İran nümayəndə heyəti danışıqlar aparmaq üçün Türkiyəyə yola düşəcək.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью