Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
COP31 çərçivəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin tikintisi və layihənin tamamlanma müddəti ilə bağlı danışıb.
KONKRET.az xəbər verir ki, nazir Manset.az-ın baş redaktoru Əli Vəliyevin Zəngəzur dəhlizinin inşası ilə bağlı ünvanladığı sualları cavablandırıb.
Abdulkadir Uraloğlu bildirib ki, Türkiyə ərazisində dəhlizin inşası istiqamətində işlərə başlanılıb və müvafiq ərazilərdə tikinti prosesi davam edir:
“Biz Türkiyə tərəfi olaraq Zəngəzur dəhlizinin inşasına başlamışıq. Qars, İğdır, Aralıq, Dilucunda işlər gedir. Azərbaycan olaraq siz də Ermənistan tərəfinə doğru irəliləyirsiniz. Arada qalan 45 kilometrlik hissənin inşasına isə hələ ki başlanılmayıb. Dəhlizin tamamlanması üçün 4 il yaxşı bir müddətdir. 4 ilə hazır ola bilər”, – deyə A.Uraloğlu fikirlərinə əlavə edib.