Zəngəzur dəhlizi sürətlə tikilir: Top Ermənistandadır | Icma.az
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yaxın dövrdə Qərbi Zəngəzura qədər dəmir və avtomobil yolları hazır vəziyyətə gələcək“Ermənistan Zəngəzur dəhlizini açmağa məcburdur.
Lakin Qərbdən aldığı dəstəkdən ruhlanıb bundan imtina edirlər” Xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı öz ərazisində işləri sürətlə davam etdirir.
XİN başçısı qeyd edib ki, artıq dəmir yolu tikintisinin böyük hissəsi başa çatıb. Digər hissəsi ilə bağlı işlər də davam etdirilir.
Nazir bildirib ki, eyni zamanda İranla əldə edilmiş razılığa əsasən, Araz çayı üzərində də körpünün inşası, Azərbaycanın qərb ərazisi ilə Naxçıvan arasında İran üzərindən marşrutun icrası üzrə işlər davam edir.
C.Bayramov onu da vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması Ermənistan tərəfindən öhdəliklərinin tam yerinə yetirilməsindən asılıdır.
Lakin bununla bağlı isə son müsbət qərar yoxdur.Millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı öz ərazisində tikinti işlərini sürətlə davam etdirir.
Deputatın sözlərinə görə, yaxın dövrdə Qərbi Zəngəzura qədər dəmir və avtomobil yolları hazır vəziyyətə gələcək: "Təəssüf ki, Ermənistan tərəfində Zəngəzur dəhlizi ilə bağlı heç bir iş görülmür.
Tam oxu
Xəbəri oxu