Zəngəzur dəhlizi TDT nin 13 cü Zirvə görüşündə müzakirə olunacaq

08.10.2026

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zəngəzur dəhlizi Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşündə müzakirə olunacaq.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Nazir bildirib ki, TDT-nin 13-cü Zirvə görüşünün nəqliyyat məsələləri üzrə gündəliyi hazırlanır.

"Türk dövlətləri bir araya gəldikdə nəqliyyat infrastrukturu məsələlərinin gündəmdə olmaması mümkün deyil. Bu baxımdan, Orta Dəhlizdən İnkişaf Yoluna qədər bütün məsələlər müzakirə olunacaq. Zəngəzur dəhlizinin açılması üçün Türkiyə üzərinə düşən işləri həyata keçirir, Azərbaycanda da işlər davam edir. Zəngəzur dəhlizinin tamamlanması ilə bütün çatışmazlıqlar aradan qaldırılacaq”, - Uraloğlu bildirib.

///apa.az///

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью