Zəngəzur dəhlizi Türkiyə Azərbaycan ticarətini artıracaq

03.10.2025

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Türkiyə son illərdə Azərbaycanın aparıcı elektrik enerjisi ixracatçısı olub ki, bu da enerji sahəsində əməkdaşlığın şaxələndirilməsi və təchizatın təmin edilməsi baxımından vacibdir.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatının açıqlamasında qeyd edilir. Bildirilir ki, regional ticarətin əsas komponenti olan Zəngəzur dəhlizinin logistika xərclərini azaltmaqla, tranzit imkanlarını və ticarət həcmini artırmaqla ikitərəfli əlaqələrə töhfə verəcəyi gözlənilir:
"Dəhliz həm də Azərbaycan və Türkiyə arasında elektrik enerjisinin qarşılıqlı əlaqəsi (ümumi ötürücü və paylama sistemlərindən ibarət milli elektrik sisteminin digər ölkənin elektrik sisteminə qoşulması) və ya rəqəmsal rabitə xətləri üçün istifadə oluna bilən infrastruktur dəhlizi kimi də nəzərdən keçirilir".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью