Zəngəzur dəhlizi: yeni reallıqlar və regional inkişaf perspektivləri | Icma.az
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Zəngəzur dəhlizi layihəsinin strateji əhəmiyyətini və regiondakı əsas nəqliyyat problemlərinin həlli istiqamətində görülən işləri bir daha diqqətə çatdırdı.
Bu çıxış Azərbaycanın regionda güclü bir tranzit mərkəzinə çevrilmək istiqamətində atdığı addımların mahiyyətini və gələcək perspektivlərini bir daha nümayiş etdirdi.Azərbaycan tərəfindən irəli sürülmüş və beynəlxalq leksikona daxil olmuş Zəngəzur dəhlizi layihəsi regionun nəqliyyat şəbəkəsinin inkişafında yeni mərhələdir.
Bu layihə dövlətimizin təkcə iqtisadi yox, həm də siyasi iradəsinin təzahürüdür.
Həmin dəhliz Azərbaycanı Naxçıvanla birləşdirərək regionda yeni logistik marşrutların yaradılmasını təmin edəcək.
İkinci Qarabağ müharibəsindəki tarixi Qələbədən sonra beynəlxalq gündəlikdə yer alan bu layihə artıq tanınmış bir termindir və onun reallaşdırılması Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərdən biridir.Dövlətimizin başçısı çıxışında vurğulayıb ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır: “Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur.
Dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin.
Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq”.Ermənistanın dörd ildən artıqdır qeyri-konstruktiv mövqeyi və 10 noyabr Bəyanatında götürdüyü öhdəlikləri yerinə yetirməməsi bu layihənin irəliləməsini ləngidir.
Tam oxu
Xəbəri oxu