Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sərhədçilər əsasən yollarda deyil, sərhəddə dayanır.
Bakupost.az xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanı Naxçıvanla birləşdirən yolda erməni sərhədçilərin dayanıb-dayanmayacağı barədə suala cavabında bildirib.
“Bəli, həmin yolda Ermənistanın suverenliyi çərçivəsində Ermənistan sərhədçiləri olacaq. Vətəndaşlarla şəxsi təmas olmayacaq, çünki biometrik pasportlar yoxlanılacaq, lakin onlarla problem yaranarsa, bu aspekt nəzərə alınmalıdır”, - Paşinyan qeyd edib.
Asena,
BakuPost