Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... VİDEO

27.11.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan TRIPP layihəsinin icrasına başlamağa hazırlaşdığı halda, Azərbaycan Zəngəzur dəhlizi istiqamətində infrastruktur işlərini davam etdirir. Artıq yolun işıqlandırma sisteminin qurulması və digər son tamamlama işləri həyata keçirilir.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Ekspert bildirib ki, Ermənistan TRIPP layihəsinə hələ indi start verir, Azərbaycan isə Zəngəzur dəhlizində yolların işıqlandırma sistemini qurur və yolun istifadəyə hazırlanması istiqamətində işləri yekunlaşdırır.

Bu mənzərə regionda nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından Azərbaycanın irəliləyişini və tranzit imkanlarının genişləndirilməsi istiqamətində görülən işləri bir daha gündəmə gətirir.

Qeyd edək ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təmin edilməsi, eləcə də regionun tranzit potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://bax.tv/avto-moto-xeberler/zengezur-dehlizinde-yeni-merhele-azerbaycan-qurur-ermenistan-ise-229307

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью