Zəngəzur dəhlizinə sülh dəhlizi kimi baxmaq lazımdır Esma Özdaşlı | Icma.az
525.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Türkiyə Azərbaycan qardaşlığını şəkilləndirən çox tarixi məqamlar var.
İki ölkənin münasibətlərinin bəlkə də dünyada oxşarı yoxdur".
525.az xəbər verir ki, bunu Burdur Mehmet Akif Ersoy Üniversitetinin müəllim, xarici siyasət məslələri üzrə şərhçi Esma Özdaşlı “Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər" mövzusunda keçirilən dəyirmi masada deyib.
O bildirib ki, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir.
"Bizim münasibətlərimiz qardaşlıq, dostluq münasibətləridir və hansısa mənfəət üzərində qurulmayıb.
Biz bir çox sahələrdə əlaqələrimizin inkişafına xüsusi önəm veririk. Bunlardan biri də hərbi sahədir.
Bu gün Azərbaycan ordusu Türkiyə modeli əsasında təşkil edilir, təhlükəsizlik sahəsində əlaqələr daha da möhkəmlənir.
Hərbi sahədə əməkdaşlığın ən güclü nümunəsi Şuşa bəyannaməsidir".
Tam oxu
Xəbəri oxu