Zəngəzur dəhlizinə yeni ad tapılacaq? Paşinyan işarə etdi

14.11.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“TRİPP layihəsinin həyata keçirilməsinə heç nə mane olmur, çünki bütün problemli məsələlər Vaşinqton sazişində öz həllini tapıb. Bizə yalnız razılaşmanı yerinə yetirmək qalır. Kiminsə bunu etməmək motivi yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“TRİPP marşrutu üçün ortaq erməni-amerikan şirkəti yaradılacaq. Adı yekunlaşmaq üzrədir: Ermənistan və ABŞ arasında birgə yaradılmış şirkət olacaq.

Bu, həm sülh prosesi üçün vacib nəticə, həm də davamlı sülh üçün mühüm əsasdır”, – o əlavə edib.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью