Zəngəzur dəhlizini kim qoruyacaq? Paşinyan açıqlama verdi

19.08.2025

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Hurriyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin təhlükəsizliyini hansı qüvvələrin təmin edəcəyindən danışıb.
Paşinyan İrəvanda İran Prezidenti Məsud Pezeşkianla görüşdən sonra keçirilən birgə mətbuat konfransında Zəngəzur dəhlizinin təhlükəsizliyini üçüncü ölkənin yox, erməni qüvvələrinin təmin edəcəyini bəyan edib.
Paşinyan deyib: "Ermənistan ərazisindən keçən kommunikasiya xətləri yalnız Ermənistanın yurisdiksiyası altında olacaq, təhlükəsizliyi heç bir üçüncü dövlət deyil, Ermənistan təmin edəcək". 
Hürr Tərcüman

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью