Zəngəzur dəhlizinin açılması... Cevdet Yılmaz

25.02.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Orta Dəhlizin inkişaf etdirilməsi son dərəcə kritik məsələdir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərquli Ataquliyevlə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bununla bağlı Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması və Zəngəzur dəhlizinin açılması Orta Dəhlizi daha da cəlbedici edəcək.

C.Yılmaz, həmçinin, Türkmənistan qazının Türkiyə vasitəsilə Avropa və dünya bazarlarına çıxarılması istiqamətində işlərin davam etdirildiyini də vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью