Zəngəzur dəhlizinin açılması... Türkiyəli deputat

07.12.2024

Icma.az bildirir, Publika.az portalına istinadən.

Zəngəzur dəhlizinin açılması regionun inkişafına xidmət edəcək.

Publika.az xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasıının (CHP) Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının sədr müavini Murat Emir Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.

Onun sözlərinə görə, Orta Dəhlizin bir hissəsini təşkil edəcək Zəngəzur dəhlizi bir trilyon dollara yaxınlaşan fürsətlər vəd edir:

“Bu əməkdaşlıq, şübhəsiz, sadəcə iqtisadi əməkdaşlığın artmasına deyil, eyni zamanda bölgədə siyasi və mədəni əlaqələrin inkişafına da töhfə verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью