Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Yaxın dövrdə delimitasiya və demarkasiya prosesinin daha sürətlə gedəcəyinin şahidi ola bilərik".
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində sərhədlərin delimitasiya və demarkasiyası, habelə Zəngəzur dəhlizilə bağlı verdiyi mesajları şərh edərkən deyib.
"Məlumat var ki, bu məsələ ilə bağlı mövcud 16 bənd var və bu bəndlərin hamısı artıq razılaşdırılıb.
Amma bununla bağlı rəsmi səviyyədə heç nə deyilmir. Razılaşdırılıbsa, deməli yaxın vaxtlarda yeni sərhəd əraziləri üzrə delimitasiya və dema
İndiki vəziyyətdə ekspertə görə, Zəngəzur dəhlizinin açılması məsələsi daha realdır.
Amma bununla belə, Mehman Əliyev düşünür ki, burada hər şey sülh sazişinin imzalanmasından keçir: "O baş vermədən dəhliz məsələsinin həlli də real deyil.
Sülh sazişi bağlanarsa, Zəngəzur dəhlizi məsələsi də öz həllini tapacaq.